Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Azərbaycan-Malta oyununu idarə edəcək hakimlər müəyyənləşib

11.10.2018 15:01

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Malta futbol oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Xezerxeber.az xəbər verir ki, oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İvan Bebek, onun köməkçiləri isə Tomislav Petroviç və Miro Qrqiç olacaqlar. Dördüncü hakim funksiyasını Qoran Pataki yerinə yetirəcək.

Xatırladaq ki, milli komandamız UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda Farer Adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. İki turdan sonra Qurban Qurbanovun yetirmələri 2 xalla qrupda üçüncü pillədə qərarlaşıblar. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1.

© xezerxeber.az


63 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR