Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qraye "Real"ın hücumçusu Kərim Benzemanın bir daha milli komandada çıxış etməyəcəyini deyib.
XəzərXəbər xəbər verir ki, yerli mətbuata danışan federasiya preizdenti 2015-ci ildən milliyə dəvət almayan Benzemanın şansının olmadığını bildirib: "Benzemanın artıq millidə oynamaq üçün şansı qalmayıb. Uzun müddətdir ki, millidə yer almır. Həm də əvvəlki formasından çox uzaqdır".
Prezident Benzema ilə Matye Valbuena arasında seks qalmaqlınamünasibət bildirib: "Onlar arasında şantaj davası 3-4 ildir davam edir. Qərar çoxdan verilməli idi. Bu vəziyyət də Benzemanın işini çətinləşdirir".
Qeyd edək ki, Benzema "Fənərbaxça"da çıxış edən Matye Valbuenanın intim videolarını yaymaqla şantaj etməkdə təqsirləndirilib. Bu səbəbdən də millinin baş məşqçisi Didye Deşam Əlcəzair əsilli hücumçuya yığmanın qapılarını bağlayıb. Bu addımına görə Deşam hətta irqçilikdə günahlandırılmışdı.
Ən məşhur məktəblidən etiraf: İqlim böhranına məhəl qoymurlar
Qəza anında qadının reaksiyası hər kəsi təəccübləndirdi - VİDEO
20 yaşlı qızı öldürən şəxsdən şok açıqlama: "Peşman deyiləm" - VİDEO
Yaraşıqlı aktyordan aparıcıya şok təklif - Biabır oldu - VİDEO
Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ: Evdən çıxmayın, TƏHLÜKƏLİDİR
Bakıda toyda inanılmaz hadisə - Bəy təcili xəstəxanaya çatdırıldı
Bakıda yeni tikilən çoxmərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ - Ölən var
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər