Mourinyo oteldə "bəy balası" kimi yaşayır

10.10.2018 18:15

"Maçester Yunayted"i üçüncü mövsümdür ki, çalışdıran Joze Mourinyo kluba gəldiyi gündən eyni oteldə qalır.

Portuqaliyalı mütəxəssis ev əvəzinə oteli seçib. 55 yaşlı mütəxəssis otelə günlük 687 avro ödəyir. Təcrübəli çalışdırıcı artıq 825 gündür ki, 5 ulduzlu oteldə yaşayır. O, ümumi 572 min avro xərcə düşüb.

Buna baxmayaraq, Mourinyonun ailəsi Londonda yaşayır. Onun qızı Londonda tələbədir, oğlu isə "Fulhem"futbol klubunun akademiyasında oynayır.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR