“Qarabağ”ın oyunlarının biletləri satışda

10.10.2018 16:16

Ağdamın "Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü və dördüncü turunda Ukraynanın "Vorskla” və Portuqaliyanın "Sportinq” komandaları ilə Bakıda keçirəcəyi oyunların biletləri satışa çıxarılıb.

XəzərXəbər xəbər verir ki, öncə Ağdam təmsilçisi oktyabrın 25-də "E” qrupunun üçüncü turunda Bakı Olimpiya stadionunda Ukrayna təmsilçisi ilə qarşılaşacaq. Noyabrın 29-da isə Qurban Qurbanovun yetirmələri Portuqaliyanın "Sportinq” klubunu qəbul edəcək.

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VIP biletlər isə alıcılara 50 manata təklif olunur.

© xezerxeber.az


211 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR