Həbib Nurmaqomedov UFC prezidentini hədələdi

10.10.2018 14:45

Rusiyalı dünya çempionu Həbib Nurmaqomedov UFC(MütləqDöyüşÇempionatı) rəhbəri Dana Uaytı (Dana White) hədələyib.

Las-Veqasda keçirilən döyüşdə irlandiyalı Konor Makqreqoru məğlub etsə də, yarışdan sonrakı davaya görə mükafatlandırma mərasimi bir neçə saat təxirə salınmışdı.

İdmançı UFC prezidentinə ünvanladığı sözlərini sosial şəbəkədə paylaşıb:

"Dana Uayt, bəxtin gətirdi ki, kəməri mənə verdin, yoxsa sənin avtomobilini əzəcəkdim. Mən sənin avtomobilinin park olunduğu yeri bilirəm”.

Onun bu sözlərini zarafat kimi qəbul edənUFC prezidenti, statusu belə şərh edib: "Bu məlumatı atana çatdıracam".

Qeyd edək ki, Rusiyanı təmsil edən dağıstanlı Həbib Nurmaqomedov oktyabrın 6-da Las-Veqasda keçirilən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Döyüşdən sonra Nurməhəmmədov oktaqondan kənara atılıb və Konorun məşqçisi Dilon Denisi döyüb. (BAKU.WS)

© xezerxeber.az


1171 dəfə oxunub

ÇOX OXUNANLAR