“Tokio-2020” Yay Olimpiya Oyunlarında da qaçqınlar komandası iştirak edəcək

10.10.2018 14:32

2020-ci ildə Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarında da qaçqınlar komandası iştirak edəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən sessiyasında qəbul olunub.

Qaçqınlar komandası ilk dəfə "Rio-2016” Yay Olimpiya Oyunlarında mübarizə aparıb. Həmin vaxt komandanın heyətində Suriya, Konqo Demokratik Respublikası, Cənubi Sudan və Həbəşistandan 10 atlet yer almışdı.

Qeyd edək ki, qaçqınlar komandası "Rio-2016”da medal qazana bilməyib.

© xezerxeber.az


84 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR