Həbibin cəzası bəlli oldu: Pul almayacaq və döyüşlərə buraxılmayacaq

09.10.2018 17:53

"O, çempion kəmərini saxlayacaq, amma eyni zamanda diskalifikasiyaya məruz qalacaq"

Nevada Atletika Komissiyası qarışıq döyüşlər üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədovun UFC-229 çərçivəsində irland idmançı Konor Makqreqor üzərində qələbəyə görə qazandığı məbləği idmançıya verməyəcək. Bunu UFC-nin rəhbəri Deyn Uayt bildirib.

"Biz məbləği Həbibə ödəməmək barədə düşünürük. O, dəqiq tam məbləği almayacaq. Həbib çempion kəmərini saxlayacaq, amma eyni zamanda diskalifikasiyaya məruz qalacaq. Böyük ehtimalla, 4-6 ay müddətinə. O, ABŞ ərazisində döyüşlər keçirə bilməyəcək. Biz də onu digər ölkələrdə keçirəcəyimiz döyüşlərə dəvət etməyi düşünmürük"— deyə UFC rəhbəri bildirib.

Xatırladaq ki, şənbə günü— oktyabrın 6-da Las-Veqas şəhərində irland boksçu Konor Makqreqorla dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş olub. Rusiyalı döyüşçü qarışıq döyüş növündə qələbə qazanıb və yüngül çəkidə "Ultimate Fighting Championship— UFC" (Mütləq Döyüş Çempionatı) titulunu qoruyub.

Qarşılaşma təkcə rinqlə məhdudlaşmayıb. Bütün raundlarda mütləq qələbə qazanan Nurməhəmmədov döyüşdən dərhal sonra rinqin divarlarını aşaraq zalda ona söyüş söyən Makqreqor komandasının üstünə şığıyıb və onlarla dalaşmağa başlayıb. Sonra o, rinqə qayıtsa da, bu dəfə də onun komandasının üzvləri Makqreqor və komandasının üzvlərinin üzərinə atılıb.

Məsələyə polis qarışmalı olub. Nurməhəmmədovun komandasındakı 3 nəfər saxlanılıb, sonra isə buraxılıblar.

UFC-nin rəhbəri Dayn Uayt qeyd edib ki, baş verənlərdən güclü şəkildə sarsılıb. Hərəkətinə görə, hətta rusiyalı döyüşçünün titulunun əlindən alınacağı da istisna deyil. UFC, eyni zamanda Nurməhəmmədovun qonorarının ödənilməsini dondurmaq qərarına gəlib. Ona çempionluq kəməri bir neçə saat sonra verilib.

Həbib Nurməhəmmədovun sözlərinə görə isə onu dalaşmağa vadar edən Makqreqorun onun dinini, ölkəsini və ailəsini təhqir etməsi olub. Daha sonra çempion Nevada ştatının Atletika Komissiyasından davaya görə üzr istəyib./Sputnik Azərbaycan

© xezerxeber.az


329 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR