Kokorin və Mamayev həbs edildi

09.10.2018 17:15

"Krasnodar"ın futbolçusuPavel Mamayevlə "Zenit"in hücumçusu Aleksandr Kokorinhəbs olunublar.

Buna onların sərxoş halda iki məmuru -Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmiryol maşınqayırması departamentinin direktoru Denis Pak və dövlət elmi mərkəzi "NAMİ”-nin rəhbəri Sergey Qasin və "Birincikanal"ın əməkdaşını döymələri səbəb olub. Telekanalın sürücüsü kəllə-beyin travması alaraq, reanimasiyaya yerləşdirilib. Məmurlar isə xəsarət alıblar.

Hadisə ilə bağlı cinayət işi açılıb.

© xezerxeber.az


160 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR