“Buenos-Ayres-2018”: Rusiya hələlik liderdir

09.10.2018 12:03

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir.

Xezerxeber.az xəbər verir ki, ikinci yarış günündən sonra Azərbaycan 1 qızıl medalla ölkələrin sıralamasında 16-cı pillədə qərarlaşıb. Azərbaycana ilk medalı Olimpiadada 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Vüqar Talıbov qazandırıb.

Rusiya millisi 11 qızıl, 1 gümüş və 1 bürünc medalla birinci pillədə yer alıb. Hesabında 5 qızıl medal olan Macarıstan ikinci pillədədir. Venesuela (2-1-2) üçüncü, Yaponiya (2-0-3) dördüncü, Çin (2-0-2) isə beşincidir.

Ümumilikdə 51 ölkə "Bunes-Ayres-2018”də medalçılar sırasında yer alıb.

© xezerxeber.az


217 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR