"PlayStation"da seçdiyim hücumçuyla indi birgə oynayıram"

13.09.2018 22:33

Almaniyanın "Ştutqart" klubunun yeni transferi Nikolas Qonsales açıqlama verib.

Argentinalı futbolçu komanda yoldaşı Mario Qomeslə bağlı danışıb: "Qomeslə bir-birimizə uyğunlaşmışıq. Daha da yaxşı olacaq."PlayStation"da həmişə Mario Qomeslə oynayırdım. İndi isə onunla çiyin-çiyinə oynayıram. Bu, qəribə bir şeydir".

Qeyd edək ki, "Ştutqart" 20 yaşlı forvardı "Argentinos Xuniors"dan 8,5 milyon avroya transfer edib.

© xezerxeber.az


280 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR