"Arsenal"da itkilər: "Qarabağ"a qarşı oynamayacaqlar

13.09.2018 18:18

"Arsenal" zədəli futbolçularıyla bağlı məlumat yayıb.

London klubunun müdafiəçisi Sead Kolaşinaç və yarımmüdafiəçisi Enzl Meytlend-Naylz oktyabrın əvvəlində məşqlərə başlayacaq. Müdafiəçilər - Karl Cenkinsonla Loran Koselni isə noyabrda hazırlıqlara start götürəcəklər. Adları çəkilən 4 futbolçu Avropa Liqasında "Qarabağ"a qarşı səfər matçını buraxacaqlar.

Qeyd edək ki, "Qarabağ" - "Arsenal" görüşü oktyabrın 4-də baş tutacaq.

© xezerxeber.az


123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR