Futbol tarixində yeni rekord qeydə alınıb

13.09.2018 09:14

FİFA yay transfer pəncərəsinin yekunu barədə hesabat dərc edib. 

Xezerxeber.az-ın məlumatına görə, 1 iyul - 1 sentyabr tarixində qüvvədə olan transfer dövründə ümumilikdə 8401 transfer həyata keçirilib.

Bu transferlərə ümumilikdə ödənilən 5,44 milyard dollar futbol tarixində yeni rekord olub.

Məlumata görə, müqavilələrin 59,1 faizi azad agent statusundakı, 15,7 faizi başqa kluba məxsus, 13,8 faizi icarəyə götürülən və 11,4 faizi isə icarədən qayıdan futbolçularla imzalanıb.

"Böyük beşlik” adlandırılan İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniya klubları isə transferlərə 4,21 milyard dollar xərcləyiblər. Bu, ümumi rəqəmin 77,5 faizini təşkil edib.

İngiltərə klubları hamıdan çox vəsait xərcləyib – 1,44 milyard dollar.

© xezerxeber.az


272 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR