UEFA razılıq verdi... Yeni yarışın formatı hələlik məlum deyil

11.09.2018 16:10

2021-2022 mövsümündən klublar arasında üçüncü avrokubok turnirinin təşkil edilməsinə dair UEFA-dan razılıq alınıb.

XəzərXəbər "Report"-a istinadən xəbər verir ki, bu barədə Avropa Klublar Assosiasiyasının (ECA) prezidenti Andrea Anyelli "Football Italia"ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yeni yarış hazırda mövcud olan Çempionlar Liqası və Avropa Liqasına əlavə olunacaq.

Anyelli deyib: "UEFA-dan razılıq gözləyirdik. Artıq "yaşıl işıq" yandırılıb. Yeni turnirdə 96 klub mübarizə aparacaq".

Hələlik yeni yarışın formatı məlum deyil. Lakin onun əvvəllər keçirilmiş Kuboklar Kubokuna bənzəyəcəyi gözlənilir. Həmin turnir 1960-1961 mövsümündən 1998-1999 mövsümünədək UEFA-ya üzv olan ölkələrin kubokunu qazanmış komandaların iştirakı ilə təşkil olunub.

© xezerxeber.az


66 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR