İlin ən yaxşı 11-liyinə 55 namizəd - SİYAHI

11.09.2018 14:27

FİFA və Beynəlxalq Peşəkar Futbolçular Birliyi (FİFPro) tərəfindən müəyyənləşdirilən ilin ən yaxşı 11-liyinə namizəd futbolçuların adları açıqlanıb.

Bu barədə dünyanın ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Siyahıya 55 futbolçunun adı daxil edilib. Bunların 5-i qapıçı, 20-si müdafiəçi, 15-i yarımmüdafiəçi, 15-i isə hücumçudu.

Ən çox futbolçu ilə təmsil olunan ölkələr İspaniya (9) və Fransadı (8).

Siyahıda yer alan futbolçular bunlardır:

Qapıçılar: Canluici Buffon (PSJ), Tibo Kurtua (Real), David De Xea (Mançester Yunayted), Keylor Navas (Real), Mark-Andre ter Şetegen (Barselona);

Müdafiəçilər: Xordi Alba (Barselona), Daniel Karvaxal (Real), Corco Kyellini (Yuventus), Daniel Alveş (PSJ), Dieqo Qodin (Atletiko), Mats Hummels (Bavariya), Coşua Kimmix (Bavariya), Deyan Lovren (Liverpul), Marselo (Real), Yerri Mina (Everton), Benjamin Pavar (Ştutqart), Xerar Pike (Barselona), Serxio Ramos (Real), Tyaqo Silva (PSJ), Kiran Tripyer (Tottenhem), Samuel Umtiti (Barselona), Vircil van Deyk (Liverpul), Rafael Varan (Real), Şime Vrsalko (İnter), Kayl Uolker (Mançester Siti);

Yarımmüdafiəçilər: Serxio Buskets (Barselona), Kazemiro (Real), Filipe Koutinyo (Barselona), Kevin de Breyne (Mançester Siti), Eden Azar (Çelsi), Andres İnyesta (Vissel Kobe), İsko (Real), Nqolo Kante (Çelsi), Toni Kroos (Real), Nemanya Matiç (Mançester Yunayted), Luka Modriç (Real), Pol Poqba (Mançester Yunayted), İvan Rakitiç (Barselona), David Silva (Mançester Siti), Arturo Vidal (Barselona);

Hücumçular: Kərim Benzema (Real), Edinson Kavani (PSJ), Kriştiano Ronaldo (Yuventus), Paulo Dibala (Yuventus), Antuan Qrizmann (Atletiko), Harri Keyn (Tottenhem), Robert Levandovski (Bavariya), Romelu Lukaku (Mançester Yunayted), Mario Mancukiç (Yuventus), Sadio Mane (Liverpul), Kilyan Mbappe (PSJ), Lionel Messi (Barselona), Neymar (PSJ), Məhəmməd Salah (Liverpul), Luis Suares (Barselona).

Qeyd edək ki, ilin ən yaxşı 11-liyi sentyabrın 24-də Londonda keçiriləcək mərasimdə açıqlanacaq./publika.az

© xezerxeber.az


325 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR