“Fənərbaxça”da 16 illik karyeranın sonu

10.09.2018 15:42

"Fənərbaxça” uzun illər xidmətindən istifadə etdiyi Volkan Dəmirəllə yollarını ayırmaq qərarına gəlib.

"Bursaspor”dan Harun Tekinin transfer edilməsi ilə elə ilk oyundan komandadakı yerini itirən təcrübəli qapıçı, 16 illik "Fənərbaxça” karyerasını bitirməyə hazırlaşır.

36 yaşlı qapıçıya ABŞ-dan 2 klubun təklif göndərdiyi deyilir. Razılıq əldə olunarsa, Volkan bu ilin qışında Amerikaya transfer olunacaq.

2002-ci ildən bəri "Fənərbaxça”nın "çərçivə”sini qoruyan Volkan, "bülbüllər”lə 5 dəfə çempionluq yaşayıb.

© xezerxeber.az


310 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR