UEFA reytinqi - Azərbaycan uzun müddət sonra mövqeyini DƏYİŞDİ

10.08.2018 12:40

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

XəzərXəbər xəbər verir ki, keçirilən matçlardan sonra Azərbaycan daha 1 pillə geriləyib. 18.125 xalı olan ölkəmiz 25-ci pilləyə düşüb. "Hapoel"in APOEL-lə heç-heçə (2:2) etməsindən sonra İsrail xalını 18.125-ə yüksəldib və əlavə göstəricilərdə ölkəmizi geridə qoyub.

Qeyd edək ki, Azərbaycandan 1 pillə geridə olan Qazaxıstanın 17.500 xalı var.

Xatırladaq ki, bu həftə keçirilən ÇL-in oyunlarından sonra Şotlandiya ölkəmizi geridə qoymuşdu. Ölkəmizin təmsilçilərinin Avropa turnirlərində iştirakı reytinqdəki mövqeyimizi sabit saxlayır və bəzən irəli aparırdı. Lakin qitə turnirlərində sadəcə "Qarabağ"ın mübarizə aparması bu sabitliyi qorumaqda çətinlik yaradıb.

© xezerxeber.az


226 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR