Ramil Quliyev Avropa çempionatında da qızıl medal qazandı

10.08.2018 09:20

Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil Quliyev Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.

28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. O, finalda finişə 19,76 saniyəyə çatıb.

Qeyd edək ki, R.Quliyev bu il Aralıq dənizi oyunlarında və "Brilyant Liqa” yarışlarında da birinci olmuşdu. Ötən il isə dünya çempionatında qızıl medal qazanmışdı.

© xezerxeber.az


60 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR