"Everton" "Barselona"nın futbolçusunu transfer etdi

09.08.2018 16:54

Adı "Mançester Yunayted"lə hallanan "Barselona"nın müdafiəçisi Yerri Minanın yeni klubu bəlli olmaq üzrədir.

Kolumbiya millisinin üzvü "Everton"a transfer olacaq. 23 yaşlı müdafiəçi Liverpul təmsilçisi üçün tibbi müayinədən keçib. Gün ərzində onun transferi rəsmən açıqlanacaq. Bu transferinin 30 milyon avro qarşılığında reallaşacağı gözlənilir.

Qeyd edək ki, Mina ötən mövsüm qış fasiləsində "Barselona"ya keçmişdi və 5 oyunda şans qazanmışdı.

© xezerxeber.az


106 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR