"Real"ın hədəfindəki iki ulduz: hansı gələcək?

09.08.2018 14:26

Ötən gün "Çelsi"dən qapıçı Tibo Kurtuanı heyətinə qatan "Real" transfer çalışmalarını davam etdirir.

Mateo Kovaciçin "Çelsi"yə icarəyə verilməsindən sonra yarımmüdafiənin mərkəzinə oyunçu axtaran "Kral Klubu" iki ulduzu hədəfə alıb.

Bunlardan biri "Bavariya"dan Tyaqo Alkantara, digəri "Yuventus"dan Miralem Pyaniçdi. Alkantara üçün almanların 60, Pyaniç üçün italyanların 80 milyon avro istədiyi bildirilir.

"Real"ın əsasən Miralem Pyaniç variantı üzərində dayandığı bildirilir.

Qeyd edək ki, Alkantara 2013-cü ildə "Barselona"dan "Bavariya"ya 25 milyon avoya transfer olunub. "Yuventus" isə Pyaniçi 2016-cı ildə "Roma"dan 32 milyon avroya alıb.

Fanat.Az

© xezerxeber.az


208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR