Ramil Şeydayevlə bağlı qəti qərar

09.08.2018 13:39

"Trabzonspor" millimizin futbolçusu Ramil Şeydayevlə yolları ayırmağa qərar verib. 

22 yaşlı oyunçunun yeni mövsüm üçün komandada düşünülmür. Komandanın baş məşqçisi Ünal Karaman forvardı gələcək planlarına salmayıb. O, Burak Yılmazla Uqo Rodalleqaya başqa alternativin axtarılmasını rəhbərlikdən tələb edib.

Qara dəniz klubunun rəhbərliyi Şeydayevin "Trabzonspor"dan alacaqları qarşılığında ona azad agent statusu verməyi təklif edib. Ancaq millimizin üzvünün bu təklifə müsbət cavab verməyib.

Şeydayevin "Trabzonspor"la müqaviləsi 2020-ci ilə qədərdir.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR