Kurtua "Real"a, Kovaçiç "Çelsi"yə keçdi - RƏSMİ

09.08.2018 10:40

"Çelsi"nin qapıçısı Tibo Kurtuanın "Real"a keçidi baş tutub.

XəzərXəbər xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Bu keçidin qarşılığında "kral klubu" yarımmüdafiəçisi Mateo Kovaçiçi London təmsilçisinə 1 il icarəyə verib. Kurtuanın transferindən "zadəganlar" 35 milyon avro qazanıb.

Qeyd edək ki, "Çelsi" 26 yaşlı belçikalı qapıçının əvəzinə "Atletik"dən Kepa Arrisabalaqanı 80 milyon avroya transfer edib.

© xezerxeber.az


205 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR