“Qarabağ” komandasının oyunu təxirə salınıb

09.08.2018 09:43

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubu Peşəkar Futbol Liqasına müraciət edib.

PFL-dən verilən məlumata görə, "Qarabağ" III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan "Zirə" ilə görüşün təxirə salınmasını xahiş edib.

"Qarabağ"ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası I turun təqvimində aşağıdakı dəyişikliklə bağlı qərar qəbul edib.

Topaz Premyer Liqasının I turunun "Qarabağ"-"Zirə" matçı avqustun 10-dan sentyabrın 26-a keçirilib.

© xezerxeber.az


271 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR