“Fənərbağça” səfərdə “Benfika”ya məğlub olub

08.08.2018 09:38

Avqustun 7-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ” – BATE (0:1) görüşündən başqa, daha 6 qarşılaşma oynanılıb.

İstanbulun "Fənərbağça” klubu səfərdə Portuqaliyanın "Benfika” komandasına minimal hesabla məğlub olub. Görüşdə yeganə qolu matçın 69-cu dəqiqəsində Franku Servi vurub. Qazaxıstan çempionu "Astana” isə doğma meydanda Zaqrebin (Xorvatiya) "Dinamo” komandasına 0:2 hesabı ilə uduzub.

Digər oyunlarda heç-heçə qeydə alınıb. İsveçin "Malmö” klubu ev oyununda Macarıstanın "Vidi” komandasının müqavimətini qıra bilməyib – 1:1. Kiyevin "Dinamo” komandası səfərdə "Slavia Praqa” ilə görüşdə 82-ci dəqiqədə hesabı açsa da, son saniyələrdə (90+5) qələbəni əldə verib – 1:1. Eyni hesab Serbiyanın "Çrvena Zvezda” və Slovakiyanın "Spartak Trnava” klublarının görüşündə də qeydə alınıb. Hollandiyanın "Ayaks” klubu Belçikanın "Standard Liq” komandası ilə səfər matçının 19-cu və 34-cü dəqiqələrində vurduğu qollarla ilk hissəni üstün başa vurub. Lakin ev sahibləri 67-ci və 90+4-cü dəqiqələrdə qonaqların qapısına yol taparaq məğlubiyyətdən xilas olmağı bacarıblar.

Avqustun 8-də üçüncü təsnifat mərhələsi çərçivəsində PAOK (Yunanıstan) – "Spartak Moskva” (Rusiya), "Zalsburq” (Avstriya) – Şkendiya (Makedoniya), "Seltik” (Şotlandiya) – "AEK Afina” (Yunanıstan) görüşləri keçiriləcək.

© xezerxeber.az


166 dəfə oxunub

XƏBƏRLƏR

21.10.2018 09:26

Gəncədə ev yanıb

ÇOX OXUNANLAR