“Qarabağ” - BATE - 0:1

08.08.2018 09:02

Avqustun 7-də futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçında Ağdamın "Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda Belarusun BATE (Borisov) komandası ilə qarşılaşıb.

Xezerxeber.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən matçda "Qarabağ” təşəbbüsə yiyələnsə də, bundan istifadə edə bilməyib. Əvəzində, matçın birinci hissəsində qonaqlar hesabı açıblar. Oyunun 36-cı dəqiqəsində BATE-nin heyətində Stanislav Draqun adını tabloya yazdırıb – 0:1. İlk hissə bu hesabla başa çatıb.

Fasilədən sonra "Qarabağ” hesabı dəyişmək üçün irəli atılsa da, ağdamlıların cəhdləri nəticəsiz qalıb. Oyunda başqa qol olmayıb və matç qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb.

Beləliklə, "Qarabağ” komandası UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün üçüncü təsnifat mərhələsinin ilk oyununda doğma meydanda Belarusun BATE komandasına uduzaraq növbəti mərhələ şansını cavab görüşünə saxlayıb. Cavab qarşılaşması avqustun 14-də oynanılacaq.

Qeyd edək ki, bu mərhələnin qalibi Hollandiyanın PSV klubu ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının pley-off mərhələsində "Şerif” (Moldova)–"Valur” (İslandiya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR