Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Essam Əl-Hadari karyerasını başa vurub

07.08.2018 09:10

Futbol üzrə Misir yığmasının 45 yaşlı veteran qapıçısı Essam Əl-Hadari milli karyerasını bitirdiyini bəyan edib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, futbol üzrə dünya çempionatlarının final mərhələsində meydana çıxmış ən yaşlı futbolçu bu barədə öz "Facebook” səhifəsində bildirib. O yazıb: "Uzun müddət düşündükdən sonra beynəlxalq karyeramı bitirməyə qərar verdim. Milli komandadakı ilk çıxışımdan 22 il 4 ay və 12 gün keçir. Mənim fikrimcə, bu, yığma karyeramı bitirmək üçün ən yaxşı məqamdır. Mən həmişə fəxr etmişəm ki, milli komandada təmsil olunmuşam, bütün Misir xalqı uğrunda çalışmışam və bütün arzularımı reallaşdırmışam”.

Sonda futbolçu ailəsinə və bütün pərəstişkarlarına minnətdarlığını bildirib.

Qeyd edək ki, Essam Əl-Hadari 1996-cı ildən Misir millisində çıxış edir. O, 159 beynəlxalq matçda çıxış edib və oyunlarının sayına görə dünya rekorduna malikdir.

© xezerxeber.az


282 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR