Formula 1 Azərbaycan Qran- Prisi ilin ən yaxşı mərhələsi seçilib

06.08.2018 13:27

Formula 1 Azərbaycan Qran- Prisi bu ilin ən yaxşı mərhələsi hesab olunub.

AZƏRTAC qurumun rəsmi Twitter hesabına istinadla xəbər verir ki, bu, Formula 1 "Twitter” səhifəsində keçirilmiş sorğu nəticəsində məlum olub.

Sorğuda iştirak edənlərin 62 faizi Azərbaycan Qran- Prisini ən yaxşı mərhələ hesab edib. İkinci yeri 38 faiz səslə Böyük Britaniya Qran- Prisi tutub.

Qeyd edək ki, 27-29 aprel 2018-ci il tarixlərində keçirilmiş Azərbaycan Qran- Prisinin qalibi "Mercedes”in britaniyalı pilotu Lyuis Hemilton olub.

© xezerxeber.az


396 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR