Kamerun yığmasının yeni baş məşqçisi məlum olub

05.08.2018 13:40

Kamerun yığmasını "Milan"ın və Niderland yığmasının sabiq futbolçusu Klarens Zeedorf çalışdıracaq. Trend-in məlumatına görə, bu barədə Kamerunun İdman nazirliyindən bildirib.

Zeedorfa Hollandiya yığmasındakı sabiq komanda yoldaşı Patrik Kluyvert kömək edəcək.

Kamerun Futbol Federasiyası Sven-Yoran Erikssonla danışıqlar aparırdı. Ancaq isveçli mütəxəssislə razılıq əldə edilməyib və üstünlük Zeedorfa verilib.

© xezerxeber.az


146 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR