Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

PSJ klubu Fransa superkubokunun qalibi olub

05.08.2018 09:41

Fransanın PSJ klubu ardıcıl olaraq 6-cı ölkə superkubokunun qalibi olub.

Xezerxeber.az xəbər verir ki, Paris futbolçuları bu uğura "Monako” ilə keçirilən matçda imza atıblar.

Çinin "Şençjen Siti" stadionunda keçirilən final qarşılaşmasında PSJ rəqibini 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Qalib komandanın heyətində Anxel Di Mariya dubl edib, Kristofer Nkunku və Timoti Vea isə hərəyə bir dəfə fərqləniblər.

Bu, PSJ-nin yeni baş məşqçisi Tomas Tuxelin komandanın sükanı arxasında ilk rəsmi matç olub.

© xezerxeber.az


206 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR