“Qəbələ” Azərbaycan çempionatından imtina etdi

04.08.2018 12:01

"Qəbələ" futbol klubu əvəzedici komandasının I divizionda iştirak etməsinə razı deyil.

"Qafqazinfo" "Azərbaycan radiosu"na istinadən xəbər verir ki, klub rəhbərliyi bunu əlavə maliyyə itkisi kimi qiymətləndirib və əvəzedicilərinin I divizionda iştirakından imtina edib. Bununla bağlı AFFA və PFL-ə də məlumat verilib.

Hazırda AFFA, PFL və "Qəbələ" arasında danışıqlar gedir. 

© xezerxeber.az


571 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR