“Qarabağ” - BATE matçının biletləri satışa çıxarılıb

02.08.2018 16:42

Ağdamın "Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində avqustun 7-də Belarusun BATE komandası ilə keçirəcəyi ilk oyunun biletləri satışa çıxarılıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VIP biletlər isə alıcılara 50 manata təklif olunur.

Biletlərin "qara bazar”a çıxarılmasının qarşısının alınması üçün onları ilkin mərhələdə iki satış məntəqəsindən - "Qarabağ” futbol klubunun fan-mağazalarından və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, həmçinin "iticket.az” saytından əldə etmək mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Ətraflı məlumatla iticket.az saytından tanış olmaq mümkündür.

Qeyd edək ki, "Qarabağ” - BATE matçı avqustun 7-də saat 21:00-da start götürəcək.

© xezerxeber.az

FOTOQALERIYA






467 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR