"Qarabağ" qalib gəldi, Azərbaycan xal qazandı

02.08.2018 10:28

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarının ikinci günündən sonra UEFA reytinqi açıqlanıb.

Keçirilən matçlardan sonra Azərbaycanın mövqeyi dəyişməz qalb. "Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə "Kukesi"yə 3:0 hesabı ilə məğlub etməsi ölkəmizə 0.250 xal qazandırıb. Xalı 18.125-ə yüksələn Azərbaycan 23-cü pillədəki yerini qoruyub.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsveçin 18.400 xalı var.

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR