Ronaldo İtaliyanı qarışdırdı: tətil başlayır

12.07.2018 14:34

İtaliyanın avtomobil nəhənglərindən olan "Fiat"ın işçiləri tətilə hazırlaşır.

Buna səbəb Kriştiano Ronaldonun "Yuventus"a transferi olub.

Onlar şirkətin sahibi Andrea Agnellinin "İşçilərdən illərdir iqtisadi fədakarlıqlar gözlənildiyi halda Ronaldonu yüzmilyonlarla avro qarşılığında prezidenti olduğu "Yuventus"a transfer olunmasına" etiraz edəcəklər.

Ölkənin cənubundakı Melfi qəsəbəsində yerləşən "Fiat" fabrikinin işçilərini İtaliya Həmkarlar İttiaqı (USB) tətilə çağırıb. Bununla bağlı USB-nin yaydığı yazılı açıqlamada bildirilir:

"FCA (avtomobil şirkəti "Fiat Chrysler Automobiles") və CNHI (yük maşınları və traktor şirkəti "CNH Industrial") işçilərindən illərdir çox böyük iqtisadi fədakarlılar etməkləri istənilərkən, bir yandan bir futbolçunun alınması üçün yüzmilyonlarla avro xərcləmək qərarı verilməsi qəbul edilməzdir".

USB bu səbəbdən iyulun 15-ində yerli vaxtla 22.00-dan (Bakı vaxtı ilə saat 00.00) iyulun 17-i saat 06.00-adək (Bakı vaxtı ilə saat 08.00) tətil elan edib.


Qeyd edək ki, "Yuventus" futbol klubu, FCA və "CNH Industrial" şirkətlərini Andrea Agnellinin sahibi olduğu "Exor Holding" idarə edir.

Onu da qeyd edək ki, "Yuventus" Ronaldonu 112 milyon avroya transfer edib. Futbolçu 4 illik müqavilə imzalayıb və ildə 30 milyon avro maaş alacaq.

© xezerxeber.az


237 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR