Çempionlar Liqasına bilet satışı başladı - QİTMƏTLƏR VƏ SATIŞ NÖQTƏLƏRİ

11.07.2018 17:12

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ” -"Olimpiya” matçının biletləri satışa çıxarılıb.

XəzərXəbər xəbər verir ki, azarkeşlər biletləri bu gündən etibarən əldə edə bilərlər.

İyulun 18-də keçiriləcək matçın biletlərini həm bilet satış məntəqələrində, həm də "iticket.az" saytından onlayn almaq mümkün olacaq. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Qiymətlər sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Qeyd edək ki, "Qarabağ” - "Olimpiya” matçı iyulun 18-i saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

1. T. Bəhramov adına Respublika stadionunun kassaları (11:00-20:00)
2. Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt) (I - V: 10:00- 19:00, VI-VII: 10:00-17:00 (Fasilə: 14:00 - 15:00))
3. Heydər Əliyev Sarayının kassası (11:00-19:00, Fasilə: 14:00-15:00)
4. 28 Mall (10:00 - 22:00)
5. Gənclik Mall (10:00- 22:00)
6. Park Bulvar (Qarabağ FK Fanshop) (10:00 - 22:00)
7. M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) (10:30-18:30, Fasilə: 15:00-16:00)
8. Bülbül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) (11:00-19:00, Fasilə: 15:00-16:00)
9. Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası) (10:00-18:00, Fasilə: 14:00-15:00)

© xezerxeber.az


386 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR