Neymarı həyatdan küsdürən referi haqqında İNANILMAZ FAKTLAR

11.07.2018 12:55

Dünya Çempionatına təyinat alan FİFA lisenziyalı hollandiyalı referi Byörn Kuipers haqqında maraqlı faktlar ortaya çıxıb.

Baş hakimin 12,4 milyon avro sərvəti olduğu bildirilib.

Bu qədər pula sahib hakimin hələ də işləməsi isə hər kəsdə maraq doğurub. Məlumata görə, hollandiyalı hakim bu işi sadəcə hobbisi olduğu üçün davam etdirir. Eyni zamanda, 45 yaşlı hakim 500 şöbədən ibarət supermarket şəbəkəsinə sahibdir. O, təkcə marketlərdən 3 milyon avro gəlir əldə edir.

Baş hakim bütün bunlarla yanaşı, hollandiyalı Formula 1 pilotu Maks Verstappenin sponsorlarından biridir. Onun Tventedə 720 min avro dəyərində bir evi var.

Byörn UEFA-dan təyinat aldığı hər matça görə 6 000 min avro qazanır.

Qeyd edək ki, hollandiyalı hakim 2018-ci il Dünya Çempionatında Misir-Uruqvay, Braziliya-Kosta-Rika, İspaniya-Rusiya və İngiltərə-İsveç matçlarını idarə edib.

Kuipersi gündəmə gətirən hadisə isə Kosta-Rika matçında özünü yerə vuran Neymara "çənəni bağla” deməsi olub./publika.az

© xezerxeber.az


236 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR