Azərbaycanın futbol azarkeşlərinə BOS-dan MÖHTƏŞƏM İMKAN: bu gündən...

10.07.2018 15:15

Dünya Çempionatının yarımfinal mərhələsi bu gündən etibarən start götürəcək.

Bakı Olimpiya Stadionu bu səbəbdən mundial azarkeşləri üçün böyük jest edib.

Belə ki, dünyanın ali futbol turnirinin yarımfinal, 3-cü yer və final oyunu BOS-un İstirahət Zonasında quraşdırılmış böyük ekranda canlı nümayiş etdiriləcək.

Şərtlər:

Giriş sərbəstdir;

Qida və içki gətirmək olmaz;

Kəsici və deşici alətlər gətirmək olmaz;

Ev heyvanları gətirmək olmaz;

Digər azarkeşlərin rahatlığını pozacaq hərəkətlər olmaz;

Qapılar hər oyuna 2 saat qalmış açılacaq. Öncədən gəlib yerinizi müəyyən etməyiniz məsləhət görülür.

Oyunlar:

10 İyul saat 22:00 - Yarım Final

11 İyul saat 22:00 - Yarım Final

14 İyul saat 18:00 - 3-cü yer uğrunda oyun

15 İyul saat 19:00 – Final

© xezerxeber.az


348 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR