PSJ-dən "Barselona"ya 270 milyon avroluq təklif

09.07.2018 15:15

Ötən mövsüm Neymarı 222 milyon avroya transfer edən PSJ bu dəfə "Barselona"nın digər braziliyalı oyunçusu Filippe Koutinyoya göz dikib.

"El Mundo Deportivo" nəşrinin iddiasına görə, Paris təmsilçisi Koutinyo üçün Kataloniya klubuna 270 milyon avroluq təklif göndərib. Xəbərdə bu keçidəNeymarın istəyilə start verildiyi qeyd edilib.

Mənbənin məlumatına görə, "Barselona" Koutinyo üçün 400 milyon avro dəyəində olan təklifi dəyələndirməyə hazırdır.

Qeyd edək ki, "Barselona" 26 yaşlı yarımmüdafiəçini ötən mövsüm qış fasiləsində "Liverpul"dan 142 milyon funt-sterlinqə transfer edib.

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR