"Nainqqolan "Roma"da qalmaq istəyirdi"

09.07.2018 12:44

"İnter"in "Roma"dan transfer etdiyi Raca Nainqqolanın qardaşı Rania Nainqqolan qardaşının keçidi ilə bağlı açıqlama verib.

Rania qardaşının "Roma"dan ayrılmaq istəmədiyini deyib: "Raca "İnter"dən ayrıldığı üçün üzgündür. Onun və ailəsinin Milanda xoşbəxt olacağına inanıram. Ancaq o, "Roma"da qalmaq istəyirdi. Buna baxmayaraq, "İnter" üçün hər şeyi edəcək".

Rania qardaşının dünya çempionatında yarımfinala qədər Belçika millisinin heyətində olmaması haqda da danışıb: "Dünya çempionatının bütün matçlarını izləmişəm. RacanıBelçikanın oyunlarında görməmək üzücüdür. Qardaşım "Roma"da etdikləri ilə millidə olmağa layiq idi".

Qeyd edək ki, "İnter" 30 yaşlı Nainqqolanın transfer üçün "Roma"ya 2 futbolçu və 24 milyon avro ödəyib.

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR