İspaniya millisinin yeni baş məşqçisi müəyyənləşdi

09.07.2018 11:26

İspaniya yığmasının sükanı arxasına Barcelona-nın sabiq baş məşqçisi Luis Enrike keçəcək.

İspaniya Kral Futbol Federasiyası 48 yaşlı mütəxəssislə razılıq əldə edib. Enrikeyə 2 illik müqavilə təklif olunub.

Qurum Espanyol-un baş məşqçisi Kike Sançes Flores və hazırda Belçika millisinə rəhbərlik edən Roberto Martineslə də danışıqlar aparıb.

Qeyd edək ki, Rusiyadakı dünya çempionatının startına bir gün qalmış İspaniya millisinin baş məşqçi postunda dəyişiklik baş verib. Fernando Yerro Real Madrid-ə baş məşqçi təyin olunan Xulen Lopetegini əvəzləyib. Yerronun rəhbərliyi altında yığma 1/8 finaladək irəliləyib. Bu komandanın qarşısını Rusiya (1:1, penaltilərlə 4:3) kəsib.

© xezerxeber.az


308 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR