Qolovinin yeni klubunun adını açıqladı

08.07.2018 15:01

DÇ-2018-də Rusiya millisinin heyətindədiqqət mərkəzində olan Aleksandr Qolovin haqda yeni iddia yayıldı.

Moskvanın ÇSKA klubunun sabiq baş məşqçisi Valeri Qazzayevin sözlərinə görə, 22 yaşlı yarımmüdafiəçi İngiltərənin "Çelsi" klubu ilə anlaşıb: "Məlumatlarıma əsasə, Qolovin "Çelsi" ilə anlaşıb. Fikrimcə, İngiltərə Premyer Liqası onun üçün doğru seçim oldu. Orada özünü inkişaf etdirəcək".

ÇSKA-nın "Çelsi"dən bu keçid üçün 27 milyon avro təzminat alacağı haqda xəbərlər yayılıb.

Qeyd edək ki, Qolovinin ÇSKA ilə 2021-ci ilə kimi müqaviləsi var.

© xezerxeber.az


173 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR