UEFA PSJ-yə şərt qoydu

14.06.2018 12:11

UEFA PSJ-nin qarşısına şərt qoyub.

Maliyyə "feyr-pley" qaydalarını pozan Paris klubu 60 milyon avro dəyərində futbolçu satışı etməlidir. UEFA paytaxt klubuna iyunun sonuna kimi vaxt qoyub. Əgər bu vaxta kimi PSJ bunu həyata keçirməsə, daha ağır sanksiya ilə üzləşəcək.

Qeyd edək ki, PSJ ötən yay Neymarı 222 milyon, Kilian Mbappeni isə 180 milyon avroya transfer etmişdi.

© xezerxeber.az


260 dəfə oxunub

ÇOX OXUNANLAR