Dünyanın gözü Rusiyada: Dünya çempionatı başlayır

14.06.2018 09:49

Bu gün Rusiyanın paytaxtı Moskvada futbol üzrə 2018-ci il dünya çempionatı start götürəcək.

XəzərXəbər-in məlumatına görə, mərasimə 20-dən çox ölkənin başçısı, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev də qatılacaq.

Rusiyada təşkil olunacaq DÇ-2018 meydan sahiblərinin oyunu ilə başlayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Dünya çempionatının oyunları Rusiyanın 11 şəhərində - Moskva ("Lujniki” və "Spartak”), Kalininqrad ("Kalininqrad” stadionu), Sankt-Peterburq ("Sankt-Peterburq” stadionu), Nijni Novqorod ("Nijni Novqorod” stadionu), Volqoqrad ("Volqoqrad Arena”), Kazan ("Kazan Arena”), Samara ("Samara Arena”), Saransk ("Mordoviya Arena”), Rostov-Don ("Rostov Arena”), Soçi ("Fişt" stadionu) və Yekaterinburqda ("Yekaterinburq Arena”) yerləşən 12 stadionda keçiriləcək.

Mötəbər idman yarışına iyulun 15-də yekun vurulacaq.

© xezerxeber.az


180 dəfə oxunub

XƏBƏRLƏR

18.06.2018 16:09

Şəkidə avtomobil yanıb

ÇOX OXUNANLAR