Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

“Milan” və “Çelsi” transfer dəyişikliyi edə bilər

13.06.2018 16:35

İtaliyanın "Milan” və İngiltərənin "Çelsi” klubları öz aralarında transfer dəyişikliyi edə bilər.

XəzərXəbər klubun rəsmi saytına istinadla xəbər verir ki, ilk təklifi "Milan” klubu edib. "Rossoneri”lər "Çelsi”nın hücumçusu Alvaro Moratanı öz sıralarına qatmaq niyyətindədir. "Aristokratlar” bu təklifi məqsədyönlü hesab edir və "Milan”ın qapıçısı Canluici Donnarummanı heyətə cəlb etməkdə maraqlıdırlar. Çünki klubun qapıçısı Tibo Kurtua bu yay başqa kluba keçmək niyyətindədir.

Daha əvvəl Morata İtaliyada "Yuventus”un formasını geyinib. On doqquz yaşlı Donnarumma isə keçən mövsüm "Milan”ın heyətində 53 oyunda çıxıb və 55 qol buraxıb.

© xezerxeber.az


216 dəfə oxunub

ÇOX OXUNANLAR