"Real"ın yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

12.06.2018 20:15

Madridin "Real” klubu Zinəddin Zidana əvəz tapıb.

XəzərXəbər xəbər verir ki, bu haqda "Euronews” məlumat yayıb.

Kral klubutanınmış futbol çalışdırıcısı Hulen Lopeteqi ilə müqavilə bağlayıb.

Hazırda İspaniya millisini çalışdıran məşqçi Rusiyada keçirilən dünya çempionatı başa çatdıqdan sonra "Real”da rəsmi olaraq yeni vəzifəsinin icrasına başlayacaq.

Lopeteqinin təyinatı gözlənilməz olub. Belə ki, bu yaxınlarda o İspaniya federasiyası ilə müqaviləni 2020-ci ilə kimi uzatmışdı.

© xezerxeber.az


234 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR