De Xea "Real"ın təklifini qəbul etmədi

12.06.2018 15:19

"Real" qapıçı transferi üçün axtarışlar edir.

"Kral klubu" Keylor Navasla rəqabət aparması üçün "Mançester Yunayted"də çıxış edən David de Xeaya göz dikib. İngiltərə mətbuatının məlumatına görə, Madrid təmsilçisi De Xeadan müsbət cavab ala bilməyib. 27 yaşlı qapıçı dünya çempionatına konsentrasiya olduğunu bildirərək, təklif haqda düşünmədiyini deyib.

İspaniya millisinin üzvü 2011-ci ildən "qırmızı şeytanlar"ın qapısını qoruyur. Onun müqaviləsi 2019-cu ildə başa çatacaq.

© xezerxeber.az


91 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR