"Napoli"nin futbolçusu addım-addım "Mançester Siti"yə

12.06.2018 14:40

"Mançester Siti"nin uzun müddətdir maraqlandığı Jorjinyo üçün "Napoli"dən açıqlama gəldi.

Neapollular "şəhərlilər"in 45 milyon avroluq təklifini rədd edib. Mançester təmsilçisi ikinci dəfə 53 milyon avroluq təklif edib və "Napoli"nin tələb etdiyi 60 milyona yaxınlaşıb. "Napoli"nin prezidenti Aureli Di Laurentiis tərəflərin bir neçə günə razılaşacağını deyib:

"Mançester Siti" ilə Jorjinyo transferində bir neçə günə anlaşacağıq. Qarşı tərəflə gözəl münasibətimiz var. Ancaq biz qiymətləri müzakirə etməliyik".

İtaliya millisinin üzvü olan 26 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə 39 oyuna 4 qol vurub, 4 assist edib.

© xezerxeber.az


255 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR