Zidan gələcək karyerası barədə danışdı

12.06.2018 13:20

Real Madrid komandasının keçmiş baş məşqçisi Zinəddin Zidan gələcək karyerası barədə danışıb.

Fransalı mütəxəssis milli komanda ilə işləmək barədə düşünmür.

"Hazırda əsas məsələ Fransa millisini dünya çempionatında dəstəkləməkdir. Mən Fransa millisini dəstəkləyirəm .Çox istərdim ki,doğma komandam ikinci dəfə dünya çempionu titulunu əldə etsin”, - deyə Zidan vurğulayıb. Keçmiş baş məşqçi bir müddət dincəlmək istədiyini bildirib.

Hazırda Fransa millisinə1998-ci ildə Zidanla birlikdə dünya çempionu olan Didye Deşam rəhbərlik edir. Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre bildirib ki, Zinəddin Zidan gələcəkdə yenidən Fransa millisinin baş məşqçisi postunu tuta bilər.”Lakin bu məsələyə 2020-ci ildən tez baxıla bilməz. Çünki Fransa millisin indiki baş məşqçisi Didye Deşamın müqaviləsi məhz 2020 - ci ildə başa çatacaq ",- deyə federasiya prezidenti əlavə edib.

© xezerxeber.az


94 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR