Löv: "Messi, Neymar, Ronaldo kimi futbolçulara ehtiyacımız yoxdu"

11.06.2018 18:52

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv dünya çempionatı öncəsi açıqlamalar verib.

XəzərXəbər xəbər verir ki, son mundialın qalibinin çalışdırıcısı iddialı danışıb. O, ulduz futbolçulara ehtiyaclarının olmadığını deyib:

"Bizim komandada Messi, Neymar və ya Neymar kimi oyunçulara ehtiyac yoxdu. Bizdə komanda ruhu var. Bunu 2014-cü ildə sübut etdik. Komandada hər kəs oynadığı futboldan zövq alır. Eqoist komanda deyilik. Özümüzü enerjili hiss edirik və oynadığımız futboldan zövq alırıq".

Qeyd edək ki, Almaniya millisi dünya çempionatında Meksika, İsveç və Cənubi Koreya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

© xezerxeber.az


180 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR