"Neftçi" ilk transferini açıqladı - RƏSMİ

11.06.2018 16:30

"Neftçi”2018/2019 mövsümü üçün ilk transferini rəsmiləşdirib.

XəzərXəbər xəbər verir ki, sağ cinah müdafiəçisi Tural Axundov 1 illik müqaviləyə imza atıb. 29 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Tural Axundov karyerası ərzində "Muğan”ın (39 oyun, 3 qol), "Rəvan”ın (54 oyun), "Simurq”un (63 oyun) və "Kəpəz”in (62 oyun, 11 qol) formasını geyinib. Ötən mövsüm "Sumqayıt”ın heyətində çıxış edən 18 nömrə 32 görüşdə 4 qol vurub. Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunandan sonra yığmaya da dəvət alan yeni futbolçumuz, Belarusiya və Makedoniya ilə yoxlama görüşlərində forma geyinib.

© xezerxeber.az


276 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR