"DÇ-2018": Fransa prezidentindən Benzema açıqlaması

11.06.2018 15:26

"Real"ın futbolçusu Kərim Benzema "DÇ-2018"də iştirak edəcək Fransa millisinin heyətinə dəvət almayıb.

Ölkənin prezidenti Emmanuel Makron məsələyə münasibət bildirib.

"Mən ölkə prezidentiyəm, baş məşqçi deyiləm. Futbolu sevirəm və fikir bildirə bilərəm. Ancaq komandanın məsuliyyəti baş məşqçi Didye Deşamdadır və mən ona güvənirəm. Heç kim İspaniya La Liqasında və Çempionlar Liqasında Benzemanın çıxışına bir söz deyə bilməz. Ancaq elə olar bilər ki, ən yaxşı futbolçu belə komandada atmosferi poza bilər", deyə Makron "Marca" açıqlamasında bildirib.

Qeyd edək ki, Benzema millinin üzvü Matye Valbuenanı 2015-ci ildə təhdid etdiyi üçün millidən kənarlaşdırılıb.

Fanat.Az

© xezerxeber.az


323 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR