Ranyeri Fransa klubundan ayrıldı

17.05.2018 17:34

İtaliyalı baş məşqçi Klaudio Ranyeri Fransanın "Nant" klubundan ayrılıb.

Bu barədə klubun saytı məlumat yayıb. 66 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

"Nant" Liqa-1də 37 turdan sonra 49 xal toplayıb və 10-cu pillədə qərarlaşıb.

Ranyeri 2017-ci ilin yayında "Nant"ın "sükanı arxası"na keçmişdi.

© xezerxeber.az


129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR